AEBA: İran hələ 440,9 kq 60%-ə qədər zənginləşdirilmiş urana sahibdir
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik iyun ayında 🇮🇱 İsrail və 🇺🇸 ABŞ-nin hərbi hücumlarından sonra İranın yüksək faizdə zənginləşdirilmiş uran ehtiyatlarının yoxlanılmasında çətinliklərlə üzləşdiyini bildirib. Yoxlamalar hücumdan zərər görməyən yerlərdə aparılıb, İran isə zədələnmiş ərazilərə girişi rədd edib.
Crossmedia.az xəbər verir ki, agentliyin üzv dövlətlərə təqdim etdiyi məxfi hesabata görə, zənginləşdirilmiş uran ehtiyatlarının hesabatında qeyd olunub ki, onun öz qaydaları 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarının aylıq yoxlanılmasını tələb edir.
Agentlik təsirə məruz qalan obyektlərdə anbarların vəziyyətini yoxlaya bilməyəcəyinə dair xəbərdarlıq edib və problemin "təcili həllinə" ehtiyac olduğunu vurğulayıb.
AEBA-nın hesablamalarına görə, İran hərbi hücumlara qədər uran heksaflorid şəklində 440,9 kiloqram yüksək faizdə zənginləşdirilmiş uran saxlayıb. Agentliyin meyarlarına görə, bu miqdar on nüvə bombası istehsal etmək üçün kifayətdir.
11:45 13.11.2025
Oxunuş sayı: 1451