İran nümayəndəsinin İsrail rəsmisi ilə şübhəli görüşü: Görüntülər dərhal silindi
İran Milli Standartlar Təşkilatının sədr müavini Fərəhnaz Qəlasinin, Ruandada keçirilən Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) illik iclasında çəkilən şəkilləri ciddi narahatlığa səbəb olub.
Crossmedia.az-ın məlumatına görə, SEPAH-a yaxın olan “Fars News” saytı yazıb ki, bir neçə gün əvvəl paylaşılan bu şəkillərdə İran nümayəndəsinin İsrail Standartlar İnstitutunun icraçı direktoru Kilad Qlobed ilə görüşdüyü görünür. Lakin, şəkillərin yayımlanmasından bir neçə saat sonra, ISO-nun qlobal veb saytından dərhal silinməsi diqqət çəkib.
Agentliyin məlumatına görə, bu hadisə, İranın daxili siyasətinə və xüsusilə İsrailə qarşı sərt mövqeyinə ziddir. İranın qanunlarına görə, “sionist rejimi” ilə əlaqə qadağandır və belə əlaqələr həbs və ya dövlət qulluğundan azad edilmə ilə cəzalandırıla bilər.
11:37 13.11.2025
Oxunuş sayı: 1394