ABŞ-də 43 gün davam edən şatdaun başa çatıb
ABŞ Prezidenti Donald Tramp federal agentliklərin 30 yanvar tarixinə qədər yenidən açılmasına imkan verəcək müvəqqəti hökumət maliyyələşdirməsinin uzadılması haqqında qanun layihəsini imzalayıb. Konqres bu müddət ərzində hərtərəfli büdcə qanun layihəsi hazırlamalıdır.
Crossmedia.az xəbər verir ki, sənəd federal agentliklərin maliyyələşdirilməsini bərpa edir, dövlət işçiləri arasında ixtisarları dayandırır və hökumətin bağlanması zamanı maaş almayan işçilərə kompensasiya təmin edir. Həmçinin, bağlanmanın yaratdığı xərcləri ödəmək üçün öz vəsaitlərindən istifadə edən ştatlar üçün kompensasiya təmin edir.
11:02 13.11.2025
Oxunuş sayı: 1230