Erməni vəkil: Narek Samsonyanı həbs edib istintaqa aparıblar
“Narek Samsonyanı həbs edib istintaqa aparıblar. Böyük ehtimalla eyni hal Vazgenlə də olub. Onlara qarşı irəli sürülən maddə köhnə və tanış “xuliqanlıq”dır”.
Crossmedia.az barədə bu gün səhər “Facebook” səhifəsində canlı yayımda erməni vəkil Ruben Melikyan bildirib.
Daha əvvəl Ermənistan KİV-ləri bildirib ki, maskalı şəxslər Narek Samsonyanın və Vazgen Sağatelyanın evlərinə daxil olublar.
Qeyd edək ki, Narek Samsonyan və Vazgen Sağatelyan “İmnemnimi” podkastının aparıcılarıdır və bir neçə gün əvvəl onların qonağı Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan olmuşdu.
10:44 13.11.2025
Oxunuş sayı: 1236