Sanksiyaların təzyiqi altında olan “Lukoil” ABŞ-dan möhlət istəyib
Rusiya neft şirkəti “Lukoil” ona qarşı tətbiq edilən sanksiyalar fonunda ABŞ Maliyyə Nazirliyinə müraciət edib.
Crossmedia.az Reuters agentliyinə istinadən bildirir ki, “Lukoil” sanksiyaların tətbiqindən sonra əməliyyatların başa çatması üçün müəyyən olunmuş son müddətin uzadılmasını istəyib. Şirkət bildirir ki, öhdəliklərini yerinə yetirmək və aktivləri ilə bağlı təklifləri nəzərdən keçirmək üçün əlavə vaxta ehtiyacı var.
10:24 13.11.2025
Oxunuş sayı: 1296