İran və Ermənistan Araz Azad İqtisadi Zonasının imkanları üzərindən əməkdaşlığı genişləndirir
Bu gün İranın Azad İqtisadi Zonalar Ali Şurasının katibi Rza Məsrur “Kish Inox 2025” sərgisi çərçivəsində Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyan və Araz Azad İqtisadi Zona Təşkilatının İdarə Heyətinin sədri Hadi Müqəddəmzadə ilə görüşüb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və sərhəd ticarətinin asanlaşdırılması məsələlərini müzakirə ediblər.
Rza Məsrur bildirib ki, Araz Azad İqtisadi Zonası “İranı Avrasiya məkanı ilə birləşdirən qızıl qapı” rolunu oynayır və region ölkələri ilə əməkdaşlıqda mühüm mövqe tutur.
Akopyan isə İranla əlaqələrin inkişafını ölkəsi üçün prioritet istiqamət kimi dəyərləndirib. O, İran şirkətlərinin Ermənistanda həyata keçirdiyi layihələrdən, xüsusilə yol tikintisi sahəsindəki əməkdaşlıqdan danışaraq, bu münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
17:34 12.11.2025
Oxunuş sayı: 1173