NYT: ABŞ-də iranlı qaçqınlar qandallanıb və döyülərək təyyarəyə mindirilib
Tramp administrasiyası sentyabrın sonunda onlarla iranlı sığınacaq axtaranı ABŞ-dən deportasiya edərək İrana göndərib.
Crossmedia.az bu barədə The New York Times qəzetinə istinadən xəbər verir.
Deportasiya edilənlərdən bəziləri bildiriblər ki, ABŞ agentləri onları qandallayıb, döyərək zorla təyyarəyə sürükləyiblər.
Qəzetin məlumatına əsasən, deportasiya olunanlar arasında siyasi fəallar, xristianlığı qəbul etmiş şəxslər və etnik azlıqlar da var. Onlar İranda həbs və işgəncə təhlükəsi ilə üzləşəcəklərindən qorxduqlarını bildiriblər. 34 yaşlı iranlı Mehrdad Dəlir NYT-yə müsahibəsində deyib ki, “məni İranda öldürəcəklər” deyə qışqırmasına baxmayaraq, zabitlər onu zorla təyyarəyə mindiriblər.
ABŞ Daxili Təhlükəsizlik Departamentinin sözçüsü Trişa Maklaflin isə açıqlayıb ki, deportasiya edilən 54 iranlıdan 23-ü terrorla, 5-i insan alveri ilə əlaqəlidir və hamısı “ədalətli dinləmələr”dən keçib.
17:31 12.11.2025
Oxunuş sayı: 1187