Paşinyan: Sülh bütün digər məsələləri, çoxlu sayda problemləri həll edəcək
“Əsirlikdə olan həmvətənlərimiz”-in (diversantlar və hərbi cinayətlərdə ittiham edilən erməniəsilli şəxslər-red.) məsələsi ilə bağlı cavabımız var”.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O əmin edib ki, hökumət bu istiqamətdə hər gün çalışır.
Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında mühit nə qədər əlverişli olsa, bu məsələnin həlli bir o qədər asan olacaq.
Ermənistan Baş naziri qeyd edib ki, sülh bütün digər məsələləri, çoxlu sayda problemləri həll edəcək.
“Əgər belə bir baxış varsa ki, bu məsələ sülhün həlli üçün öncəlik təşkil edir, mən də deyirəm ki, Ermənistan və Azərbaycan arasında mühit nə qədər əlverişli olsa, həmin məsələ bir o qədər asan həll olunacaq. Bu, baxış bucağı məsələsidir. Bu, mütləq deyil. Bu, canlı bir prosesdir. Əgər biz yuxarıda təsvir etdiyim məntiqlə hərəkət etsəydik, sülhün bu günkü mərhələsinə çatmazdıq. Biz çalışırıq mümkün qədər çevik yanaşmalar nümayiş etdirək. Söhbət elə çevik yanaşmalardan gedir ki, bu mərhələdə maksimal dərəcədə Ermənistanın dövlət maraqlarına uyğun olsun”, - deyə Paşinyan vurğulayıb.
17:22 12.11.2025
Oxunuş sayı: 1123