Paşinyan Sarkisyanın ona Baş nazir müavini vəzifəsi təklif oldunduğu barədə bəyanatına münasibət bildirib
“Karen Karapetyan gəlib Serj Sarkisyanın adından danışdı, dedi ki, məni azad edirlər və inqilabi proses davam etməyəcək. Mən isə dedim ki, bu, mümkünsüzdür”.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində Ermənistanın baş naziri Nikol Paşinyan sabiq erməni prezident Serj Sarkisyanın “Paşinyana Baş nazir müavini vəzifəsi təklif olunub, amma o, razı olmayıb” bəyanatına toxunarkən deyib.
Paşinyanın sözlərinə görə, söhbət səfirlərdən gedir.
“İnqilab zamanı mən səfirlərlə xüsusi görüşlər keçirmişdim. Onlar özləri mənimlə görüşmək istəmişdilər və məqsədləri mənə demək idi ki, biz sizə kömək edə bilərik. Mən isə demişdim ki, bu, mənim üçün qəbuledilməzdir, mənim ölkə daxilində siyasi gündəliyimi irəlilətmək üçün xarici səfirlərin vasitəçiliyinə ehtiyacım yoxdur. Yəni hər hansı səfir vasitəsilə mənə edilən istənilən təklif əvvəlcədən yalandır.
İndi isə bu, yaxşı fürsətdir ki, Karen Karapetyanla həbsxanada baş vermiş görüş barədə danışım. Karen Karapetyan gəlib Serj Sarkisyanın adından danışdı. Cəhd etdi ki, guya məni azad edirlər və inqilabi proses davam etməyəcək. Mən dedim ki, yox.
Baş nazir müavini vəzifəsi barədə ümumiyyətlə heç kimlə heç bir danışıq və ya işarə olmayıb. Ümumiyyətlə, hər hansı vəzifə ilə bağlı heç kimlə heç bir söhbət aparılmayıb. Mən belə söhbətlərin olmasına icazə verməzdim. Bunu tam şəkildə istisna edirəm”, - deyə Paşinyan bildirib.
17:19 12.11.2025
Oxunuş sayı: 994