Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır- Serbiya Prezidenti
Serbiya Prezidenti Aleksandar Vuçiç Avropada artan gərginlik fonunda narahatedici proqnoz verib.
O, hesab edir ki, Avropa ölkələri Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlaşırlar.
Bu barədə Crossmedia.az Pink Tv-yə istinadən xəbər verir.
“Faktları təhlil etdikdə belə bir nəticəyə gəlirəm ki, Avropa ilə Rusiya arasında müharibə getdikcə daha açıq şəkildə görünür. Bu, boş söz deyil – hamı buna hazırlaşır”, – Vuçiç müsahibəsində bildirib.
O, bu fikirləri Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fabien Mandonun “Fransa ordusu üç-dörd il ərzində Rusiya ilə toqquşmaya hazır olmalıdır” açıqlamasını şərh edərkən deyib.
Türkanə Məşədiyeva
12:04 12.11.2025
Oxunuş sayı: 1177