Səudiyyə Ərəbistanı: Fələstin dövləti tanınmadan İsraillə normallaşma mümkün deyil
Səudiyyə Ərəbistanı bəyan edib ki, İsraillə münasibətlərin normallaşdırılması yalnız Fələstin dövlətinin müstəqilliyinin tanınmasından sonra mümkündür. Krallığın mövqeyinə görə, bu halda ABŞ-nin iştirakı ilə daha geniş sazişin bir hissəsi kimi razılaşma imzalana bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, noyabrın 18-də vəliəhd şahzadə Məhəmməd bin Salman Vaşinqtona səfər edərək ABŞ prezidenti Donald Tramp ilə “İbrahim razılaşmaları”na qoşulma ehtimalını müzakirə edəcək.
Ər-Riyad mövqeyini açıq şəkildə bildirib ki, Fələstin olmadan normallaşma da yoxdur.
Günel Verdiyeva
09:57 12.11.2025
Oxunuş sayı: 1966