Qırğızıstan sərhəddən ağır silahların çıxarılması barədə razılığa gəlib
Qırğızıstan qonşu ölkələrlə sərhəddən ağır silahların çıxarılması barədə razılığa gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbəri Taşiyev məlumat verib. O bildirib: “Yalnız yüngül atıcı silahlar qalacaq… Ümid edirəm ki, artıq münaqişələr olmayacaq, çünki böləcək heç nə qalmayıb.”
Özbəkistan, Qırğızıstan və Tacikistan prezidentləri dövlət sərhədlərinin keçilməsi barədə saziş imzalayıblar.
Qırğızıstan və Tacikistan dövlət sərhədlərinin təsvirini başa çatdırıblar.
Qırğızıstan və Özbəkistan sərhəd məsələsinə tam şəkildə nöqtə qoyublar.
Səbiyyə Zayirova
09:34 12.11.2025
Oxunuş sayı: 1414