Türkiyə HHQ-yə məxsus təyyarənin qəzaya uğradığı ərazi mühafizəyə götürülüb
Gürcüstanın Sığnaxi bələdiyyəsi ərazisində Azərbaycan sərhədindən 5 kmlik məsafədə Türkiyəyə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğradığı yer tam mühafizəyə götürülüb.
Crossmedia.az xəbər verir ki, hazırda hadisə yerinə yalnız Gürcüstan Daxili İşlər Nazirliyinin və xilasedici xidmətlərin əməkdaşları buraxılır.
Kənar şəxslərin, o cümlədən jurnalistlərin əraziyə daxil olmasına icazə verilmir.
Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.(Report)
22:51 11.11.2025
Oxunuş sayı: 1465