Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsindən 350 milyard dollar zərər görüb
ABŞ iqtisadiyyatı Rusiya və Ukrayna arasında davam edən müharibə nəticəsində 350 milyard dollarlıq itkiyə məruz qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə prezident Donald Tramp açıqlama verib.
Onun sözlərinə görə, müharibə yalnız Avropa üçün deyil, həm də Amerika üçün ciddi maliyyə yükünə çevrilib. Tramp qeyd edib ki, bu miqyasda zərərin yaranması ABŞ hökumətinin xarici siyasətindəki yanlış qərarlarla əlaqəlidir.
O, həmçinin bəyan edib ki, onun hakimiyyəti dövründə Üçüncü dünya müharibəsinin baş verməsinin qarşısı alınıb. Tramp əlavə edib ki, əvvəlki administrasiya dövründə belə bir münaqişə real təhlükə kimi mövcud idi.
Türkan Kərimli
19:51 11.11.2025
Oxunuş sayı: 1821