Türkiyədə keçirilən "Eternity-2025" təliminin ilk mərhələsi başa çatıb

Türkiyənin Qars vilayətində keçirilən "Eternity-2025" kompüter dəstəkli komanda qərargah təliminin ilk mərhələsi başa çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Ordu qərargahında təşkil olunan kompüter dəstəkli komanda-qərargah təlimində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşları qarşıya qoyulan təlim tapşırıqlarını uğurla icra ediblər.
19:55 17.10.2025
Oxunuş sayı: 1265