ABŞ: "Məqsəd Putini alçaltmaq deyil, Ukrayna üzrə razılaşma əldə etməkdir"

ABŞ senatoru Lindsi Qrem açıqlamasında bildirib ki, Vaşinqton qarşıdakı danışıqlarda Rusiya Prezidenti Vladimir Putini “alçaltmaq” niyyətində deyil.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, əsas məqsəd Ukrayna ilə bağlı razılaşmaya nail olmaqdır.
“Biz Putini alçaltmaq istəmirik, biz razılaşma əldə etmək istəyirik”, — deyə Qrem vurğulayıb.
Senator əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəni “həmişəlik” həll etmək və gələcəkdə yenidən alovlanmasının qarşısını almaq niyyətindədir.
Pərvin Hacıyeva
13:02 11.08.2025
Oxunuş sayı: 749