NATO-nun baş katibi: "Ukraynaya silah tədarükü davam edəcək"

NATO-nun baş katibi Rutte bildirib ki, Tramp-Putin danışıqlarının nəticəsindən asılı olmayaraq, Ukraynaya silah tədarükü davam edəcək.
Crossmedia.az xəbər verir ki, o, CBS News-a müsahibəsində deyib: “Bizim artıq ilk iki paketimiz var, Hollandiya və Skandinaviyalılar bunun üçün öhdəlik götürüblər”.
Rutte əlavə edib ki, yaxın günlərdə və həftələrdə silah tədarükü ilə bağlı əlavə açıqlamalar gözlənilir.
11:29 11.08.2025
Oxunuş sayı: 712