"Financial Times": "İranın İsrailə qarşı kiberhücumları davam edir"

Britaniyanın "Financial Times" qəzeti xəbər verir ki, İranın İsrailə qarşı kiberhücumları 12 günlük müharibədən sonra da dayanmayıb.
Crossmedia.az xəbər verir ki, İsrail rəsmiləri son günlərdə zərərli linklər ehtiva edən çoxsaylı şübhəli mətn mesajları alıblar.
Hücumlar arasında İranın kriptovalyuta birjası Nobitex-dən on milyonlarla dollar oğurlanması və israilliləri hədəf alan fişinq kampaniyalarının artması var.
İsrail rəsmisi bildirib ki, müharibə bitsə də, rəqəmsal müharibə davam edir.
11:23 11.08.2025
Oxunuş sayı: 667