Kanada kəşfiyyatı İran tərəfindən artan təhdidlər barədə xəbərdarlıq edir

Kanada Təhlükəsizlik Kəşfiyyat Xidməti (CSIS) İran İslam Respublikasından Kanadada təhdidlərin arta biləcəyi barədə xəbərdarlıq edir.
Crossmedia.az xəbər verir ki, qurumun məlumatına görə, Tehran öz tənqidçilərini, o cümlədən siyasətçiləri, jurnalistləri və İran-Kanada icmasının üzvlərini hədəf almaq üçün cinayətkar qruplardan istifadə edərək vətəndaşların təhlükəsizliyini riskə atmaqda davam edir.
İran Beynəlxalq jurnalistlərə qarşı təhdidlərə xüsusi diqqət yetirilir.
Onlardan bəziləri adam oğurluğu və qətllə hədələnib. İyun ayında SEPAH telekanalın aparıcılarından birinin qohumlarını saxlayıb.
“Globe and Mail” qəzetində dərc olunan hesabatda qeyd olunub ki, “İranın Kanada və müttəfiqlərinə qarşı təhdid fəaliyyəti 2025-ci ildə də davam edəcək və Yaxın Şərqdə baş verən hadisələrdən və İran rejiminin təhdid metodlarından asılı olaraq güclənəcək”
11:10 11.08.2025
Oxunuş sayı: 606