Türkiyədə güclü zəlzələ olub, dağıntılar altından bir neçə nəfər çıxarılıb - YENİLƏNİB 2

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində dağılan binanın qalıqları arasında daha bir nəfər xilas edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki səhifəsində bildirib.
O, vurğulayıb ki, dağıntılar altında qalan daha 1 nəfərin xilas edilməsi tədbirləri davam etdirilir.
Nazir daha əvvəl dağıntılar altından 3 nəfər çıxarıldığılnı, daha 2 nəfərin xilas olunması ilə bağlı əməliyyatın davam etdiyini xəbər verib.
Qeyd edək ki, zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.
Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Təbiət hadisələri 4.6 və 4.3 maqnitudada qeydə alınıb.
23:13
Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində bir sıra binalar dağılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Zərərçəkən binaların görüntüləri yerli mediada yayılıb. Dağıntıların altında insanların qalıb- qalmaması barədə hələ məlumat yoxdur.
Qeyd edək ki, təbiət hadisəsi Sındırğı rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Qeyd edilir ki, təbii hadisələr 4.6 və 4.3 maqnitudada qeydə alınıb.
21:35
Türkiyənin İstanbul şəhərində 6,1 maqnitudalıq zəlzələ olub.
Crossmedia.az xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.
Təbii fəlakətin fəsadları barədə hələ məlumat yoxdur.
(Report)
23:31 10.08.2025
Oxunuş sayı: 1412