İsraildə etirazlar, İstanbuldа Qəzzaya dəstək yürüşü

İsrailin Baş naziri Binyamin Netanyahunun Qəzza sektoruna nəzarəti ələ keçirmək qərarı fonunda minlərlə insan Təl-Əviv və İsrailin digər şəhərlərində etiraz aksiyalarına çıxıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, eyni zamanda ötən gecə İstanbulda “Qəzza üçün ümid çırağı ol” şüarı altında fələstinlilərlə həmrəylik məqsədilə genişmiqyaslı yürüş keçirilib. Aksiyada 100 mindən çox insan iştirak edib.
Tədbir “Fələstinə Dəstək Platforması”na daxil olan QHT-lər tərəfindən təşkil olunub. Türkiyə mediasının məlumatına görə, bu yürüş son bir ildə ölkədə Qəzzaya ictimai dəstəyin ən böyük nümunələrindən biri olub.
Pərvin Hacıyeva
12:52 10.08.2025
Oxunuş sayı: 1069