İran sui-qəsd qorxusu ilə nüvə alimlərini gizlədir

İran sui-qəsd qorxusu ilə nüvə alimlərini gizlədir. Eyni zamanda Tehran artıq nüvə alimlərini yeniləyib. İsrail Tehranla 12 günlük qarşıdurma zamanı onlarla iranlı nüvə alimini öldürdükdən sonra məlumatlı mənbələr bildiriblər ki, İran öz sağ qalan nüvə alimlərini qəsdən gizlədib.
Crossmedia.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, İranın yüksək rütbəli rəsmisi nəşrə bildirib ki, bu alimlərin əksəriyyəti evlərini və universitetlərdəki işlərini tərk edərək Tehran və ya şimal sahil şəhərlərində ailələri ilə birlikdə yaşadıqları təhlükəsiz evlərə köçürülüb, universitet professorları isə nüvə proqramı ilə heç bir əlaqəsi olmayan şəxslərlə əvəzlənib. Onların təhlükəsizliyinə artıq yalnız SEPAH yox eyni zamanda ordu və şəxsi mühafizə qrupları təşkil edir. Bundan əlavə onların müavinlərinin sayı artırılıb.
Onlar artıq öz iş yerlərində çalışmır və gizli yerlərə köçürülüblər. Onların bütün rabitəsi gizli edilib. Onların ailələri təhlükəsiz yerlərə köçürülüb. Nüvə alimlərinin bunkerlərə çıxışı təmin edilib. Onların fəaliyyəti üçün onlara hər cür imkan yaradılıb. Onlar Xamneyi ofisi və prezident aparatı ilə daimi əlaqəyə malikdirlər. İran nüvə proqramını bərpa etmək üçün yeni fəaliyyət planı hazırlayır.
12:20 10.08.2025
Oxunuş sayı: 1068