Al Hadath: "Hizbullaha əlavə vəsait və silah göndərməyə başlayacaq"

“Al Hadath” xəbər verir ki, İran yaxın vaxtlarda dünyanın müxtəlif ölkələri vasitəsilə Livan Hizbullahına əlavə maliyyə və sursat tədarükünə başlayacaq.
Crossmedia.az xəbər verir ki, bu addım ölkənin müxtəlif bölgələrində effektiv nəzarət yaratmaq və Livanda Hizbullahın suveren güc kimi möhkəmlənməsi üçün yeni koalisiya qurmaq məqsədi daşıyır.
Qeyd olunur ki, bu plan bir neçə il əvvəl nəzərdə tutulub, lakin “doğru zaman” gözlənilirdi və indi onun yaxın zamanda həyata keçiriləcəyi gözlənilir.
12:18 10.08.2025
Oxunuş sayı: 878