İsrail Ordusu qüvvələrini yenidən Suriyaya yeridib

İsrail hərbçiləri Suriyanın cənubundakı Əl-Kuneytra vilayətində bir neçə yaşayış məntəqəsinə daxil olaraq orada nəzarət-keçid məntəqələri qurublar. Bu barədə Suriya agentliyi SANA məlumat verib.
Crossmedia.az xəbər verir ki, xüsusilə, beş hərbi maşından ibarət kolonna İsrail tərəfindən işğal olunmuş Qolan təpələri ilə sərhəddə yerləşən ər-Rafid şəhərinə daxil olub. Başqa bir hərbi maşın kolonnu isə vilayətin mərkəzi hissəsində, Dəməşqdən 70 km məsafədə yerləşən Ruveyhina yaşayış məntəqəsinə qədər irəliləyib. İsrail qüvvələri bir neçə saat sonra həmin ərazidən geri çəkiliblər.
10:29 10.08.2025
Oxunuş sayı: 1160