Pezeşkian: "Sionistlər deyil, Amerika bizi öz məqsədinə doğru sürükləyirdi”

İran prezidenti Məsud Pezeşkian bu gün televiziyaya müsahibəsində ölkədə baş verən hadisələrə dair fikirlərini bölüşüb. O bildirib ki, düşmənlər (ABŞ və İsrail) İran generallarını və nüvə alimlərini öldürməklə, polisə hücum etməklə ölkəni xaosa sürükləmək və informasiya mübadiləsini kəsmək istəyirdilər. Ancaq jurnalistlər və media daha dürüst və təsir gücü ilə həqiqəti xalqa çatdırdılar.
Crossmedia.az xəbər verir ki, Pezeşkianın sözlərinə görə, ölkədə generallarıın sürətlə əvəz edilməsi, elmi fəaliyyətin davam etdirilməsi, xalqın dəstəyi və silahlı qüvvələrin səyləri “düşmənin mənfur niyyətlərindən geri çəkilməsinə səbəb olub”.
Prezident bildirib ki, İsrailin İrana hücumu məsələsinə gəlincə, o, bu fikri qəbul etmir. Çünki, əsl təzyiq və təhdid Amerikadan gəlir və Vaşinqton İranı öz məqsədlərinə doğru sürükləməyə can atır.
09:59 10.08.2025
Oxunuş sayı: 1399