The Economist: " Vaşinqton anlaşması ABŞ-ın təsirinin artdığı lakin Rusiyanın təsirinin zəiflədiyi bir məqama işarə edir"

Şübhəsiz ki, dünənki Vaşinqton anlaşması ABŞ-ın təsirinin artdığı lakin Rusiyanın təsirinin zəiflədiyi bir məqama işarə edir. Buna baxmayaraq Rusiyanı Cənubi Qafqazda dəfn etmək çox tezdir. Yekun sülh anlaşması üçün Ermənistan tərəfi Konsitutsiyasını dəyişməlidir. Bunun üçün isə Paşinyan növbəti seçkidə qalib gəlməlidir. Bu proses uzun və gərgin keçəcək.
Crossmedia.az "The Economist" nəşrinə istinadən xəbər verir. Məlumata görə, Rusiya Ermənistan daxili siyasətində aktivliyi artıra bilər. Eyni zamanda digər önəmli məqam isə odur ki, ABŞ üçün bu bölgə hər zaman maraqlı olacaqmı? Geosiyasi dinamikaya uyğun olaraq ABŞ-ın marağı bu bölgəyə azala və fərqli gərginliklər ortaya çıxa bilər. Bu baxımdan Cənubi Qafqazda proseslərin gələcəyi bir çox şeydən aslı olacaq.
09:28 10.08.2025
Oxunuş sayı: 1533