Fransanın ‘Vətənpərvərlər’ lideri: "Paris Rusiya-ABŞ sülh təşəbbüsünə qoşulmalıdır"

Fransanın “Les Patriotes” partiyasının rəhbəri Florian Filippo bildirib ki, Paris Kiyevə pul və silah göndərməkdən imtina edib, Ukrayna münaqişəsinin həlli üçün Rusiya və ABŞ-ın təşəbbüslərinə dəstək verməlidir.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Filippo ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada planlaşdırılan ikitərəfli görüşünü xatırladaraq, Fransanın maliyyə və hərbi yardımı dayandıraraq sürətlə inkişaf edən sülh prosesinə qoşulmasının vacib olduğunu vurğulayıb.
O, Trampın açıqlamalarının “Avropa müharibə tərəfdarları” arasında təəccüb və narahatlıq yaratdığını bildirib.
Pərvin Hacıyeva
16:51 09.08.2025
Oxunuş sayı: 1114