Naqasakinin yerli hakimiyyət orqanları Rusiyanı nüvə bombası qurbanlarının anım mərasiminə dəvət etdi

Yaponiyanın Naqasaki şəhərindəki yerli hakimiyyət orqanları Rusiyanın nümayəndə heyətini bir neçə ildən sonra ilk dəfə olaraq ABŞ-ın şəhərə atdığı nüvə bombası qurbanlarının anım mərasimlərinə dəvət ediblər.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın Yaponiyadakı səfiri Nikolay Nozdryov bildirib.
“Naqasakidəki yerli hakimiyyət orqanları bu il ən azından son dərəcə şəffaf, açıq və hörmətli şəkildə davrandılar. Bugünkü mərasimdə iştirakımızdan əvvəl Naqasaki şəhər rəsmiləri ilə təmaslarımız olub, onlar iştirakımıza açıq maraq göstərərək bizə rəsmi dəvət göndərdilər və biz də onu qəbul etdik,” — deyə səfir bildirib.
“Təəssüf ki, bir neçə il əvvəl Baş nazir Kişidanın dövründə bu tədbirlərin siyasiləşdirilməsi qərarı verildi ki, mən bunu səhv hesab edirəm,” — Nozdryov əlavə edib.
Pərvin Hacıyeva
14:24 09.08.2025
Oxunuş sayı: 813