Paşinyan ABŞ-nin Sünikdə hərbi mövqe yaratması barədə iddiaları rədd etdi

Ermənistan Baş naziri Nikol Paşinyan Sünikdə ABŞ-nin İran əleyhinə hərbi mövqe yaratması ehtimalını təkzib edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyannamədə hərbi komponentin olmadığı vurğulanıb.
Paşinyan açıqlamasında bildirib ki, ABŞ şirkətlərinin tranzit infrastrukturlarını inkişaf etdirərək İran əleyhinə mövqe hazırlaması mümkün deyil və belə bir müzakirənin aparılmasına ehtiyac yoxdur.
Pərvin Hacıyeva
13:01 09.08.2025
Oxunuş sayı: 761