Paşinyan Rusiyanı kommunikasiya blokadasının açılmasını pozmaqda günahlandırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda jurnalistlərlə söhbətində bildirib ki, yekun olaraq əldə olunan razılaşmanın formulunu Ermənistan əvvəllər Rusiyaya təklif etmişdi.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, üçtərəfli işçi qrup çərçivəsində İrəvan bu məntiq əsasında işləməyə hazır idi, lakin prosesə əngəllər yaradılırdı. Paşinyan qeyd edib ki, Moskva danışıqları Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasını zədələyən istiqamətə yönəltməyə çalışırdı.
“Bu bizim üçün qırmızı xəttdir və biz həmişə bunu deyirdik. Heç kim bizi səmimiyyətsizlikdə ittiham edə bilməz. Fərq ondadır ki, indi razılaşmanın mətnində məsələlər daha açıq şəkildə ifadə olunub,” — deyə o vurğulayıb.
Pərvin Hacıyeva
09:42 09.08.2025
Oxunuş sayı: 891