Tramp Putinlə görüşünün tarixini və yerini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı
Vladimir Putinlə görüşün tarixini və yerini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə
Amerika lideri "Truth Social"da yazıb.
"Rusiya Prezidenti Vladimir Putinlə
çoxdan gözlənilən görüşüm gələn cümə günü, avqustun 15-də, böyük Alyaska
ştatında baş tutacaq. Təfərrüatlar bundan sonra olacaq. Məsələyə diqqətinizə
görə təşəkkür edirik!", - Tramp qeyd edib.
Daha əvvəl “The New York Times” mənbələrə
istinadən yazıb ki, Tramp Putinlə görüşməyi, az sonra isə Ukrayna Prezidenti
Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli görüş keçirməyi nəzərdə tutur.
02:28 09.08.2025
Oxunuş sayı: 1008