Ermənistan və ABŞ yüksək səviyyəli danışıqlardan sonra üç sənəd imzalayıb

Ermənistan və ABŞ avqustun 8-də Vaşinqtonda
iki ölkənin liderləri - Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ
Prezidenti Donald Tramp arasında danışıqların yekunu üzrə üç sənəd imzalayıb.
Crossmedia.az xəbər verir ki, Ermənistan
KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat
katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə yazıb.
"Üç əsas istiqamət üzrə strateji
əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Ermənistan və ABŞ hökumətləri arasında
üç anlaşma memorandumu imzalanıb", - o qeyd edib.
Onun sözlərinə görə, “Sülhün kəsişməsi”
layihəsinin potensialının inkişafı sahəsində əməkdaşlığa, süni intellekt və
yarımkeçiricilər sahəsində innovativ tərəfdaşlığa, enerji təhlükəsizliyi
sahəsində tərəfdaşlığa dair memorandum imzalanıb.
02:00 09.08.2025
Oxunuş sayı: 1148