Azərbaycan Prezidentinin Çin Xalq Respublikasına rəsmi səfəri ilə bağlı vacib açıqlamalar

Bildiyimiz kimi Prezident İlham Əliyevin 22-24 apreldə Çin Xalq Respublikasına rəsmi səfəri Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın yeni mərhələyə qədəm qoyması baxımından tarixi bir səfər oldu. Həmçinin, dövlət başçısının Çinin CGTN telekanalına müsahibəsi Azərbaycanın xarici siyasətində və beynəlxalq münasibətlərində yeni bir mərhələnin başlanğıcı oldu. Bu səfər və müsahibə iki ölkə arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı üçün mühüm təkan verəcək. Səfər zamanı əldə olunan razılaşmalar gələcək əməkdaşlıq üçün əsaslı baza yaradır. Gələcəkdə aşağıdakı istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsi planlaşdırılır:
• Alternativ enerji və ekoloji layihələr
• Aqrar sektorun modernizasiyası
• Rəqəmsal texnologiyalar və süni intellekt sahəsində əməkdaşlıq
• Çin dilinin Azərbaycanda öyrədilməsi və qarşılıqlı təhsil proqramları
• Turizm sahəsində qarşılıqlı təşviq layihələri
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlər 2 aprel 1992-ci ildə qurulmuşdur. Bu illər ərzində əlaqələr dinamik şəkildə inkişaf etmiş, tərəflər arasında qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq formalaşmışdır. Xüsusilə 2010-cu illərdən sonra iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizləri və “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində əlaqələr daha da dərinləşmişdir.
Azərbaycan Prezidentinin Çinə rəsmi səfərinin əsas məqsədləri aşağıdakılardır:
• İkitərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsi
• Ticarət və investisiya sahəsində yeni razılaşmaların əldə olunması
• Nəqliyyat və enerji sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi
• Təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi
• Geosiyasi baxımdan regional sabitlik və təhlükəsizlik
Səfər çərçivəsində tərəflər arasında bir sıra mühüm sənədlər imzalanmışdır:
• Ticarət dövriyyəsinin artırılması üzrə anlaşma memorandumu
• “Yaşıl enerji” sahəsində əməkdaşlıq sazişi
• Azərbaycanın qeyri-neft məhsullarının Çin bazarına çıxarılması üzrə təşviq mexanizmləri
• Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun “Bir Kəmər, Bir Yol” layihəsinə inteqrasiyası
• Təhsil və tələbə mübadiləsi sahəsində əməkdaşlıq
Çin dünyada ən böyük iqtisadiyyatlardan biridir və Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi siyasəti üçün vacib tərəfdaş sayılır. Səfər zamanı müzakirə olunan əməkdaşlıq istiqamətləri Azərbaycanın qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatı, yüngül sənaye və texnoloji
innovasiyalar sahələrinin inkişafinda mühüm rol oynayacaq. Çin şirkətlərinin Azərbaycanda investisiya qoyması üçün hüquqi və fiskal güzəştlər nəzərdən keçirilmişdir.
Azərbaycanın yerləşdiyi geostrateji mövqe – Avropa ilə Asiyanı birləşdirən nəqliyyat qovşağı kimi – bu səfərin geosiyasi əhəmiyyətini daha da artırır. Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) mühüm iştirakçısı olaraq Çinə Avropa bazarına daha qısa və təhlükəsiz yol təklif edir. Bu, Çinin Cənubi Qafqazda marağının artmasına və Azərbaycanın regional mövqeyinin
güclənməsinə səbəb olur.
Nəticə də Azərbaycan Prezidentinin Çin Xalq Respublikasına rəsmi səfəri ikitərəfli münasibətlərə yeni dinamika qazandırmışdır. Strateji tərəfdaşlığın gücləndirilməsi, iqtisadi imkanların
genişləndirilməsi və geosiyasi baxımdan regional mövqenin möhkəmləndirilməsi bu səfərin başlıca nəticələri sırasında yer alır. Bu səfər həm də Azərbaycanın Asiya istiqamətli xarici siyasətinin
uğurlu nümunəsidir.
İmanov Güləhməd Nagi oglu
Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü
11:00 02.05.2025
Oxunuş sayı: 1195