İlon Mask niyə siyasətçi oldu?

İlon Reeve Mask müasir dövrün ən təsirli və mübahisəli texnoloji şəxsiyyətlərindən biridir. O, yalnız iş adamı və ixtiraçı deyil, həm də bir vizyoner, elmə və inkişafa həmçinin siyasətə daim meydan oxuyan bir dahidir. 1971-ci il iyunun 28-də Cənubi Afrikanın Pretoriya şəhərində anadan olan Mask, erkən yaşlarından texnologiyaya olan marağı ilə seçilirdi. Onun həyat və karyerası, bu günün dünyasında texnologiyanın necə dəyişə biləcəyinin bariz nümunəsidir.
İlon Maskın təhsil həyatı Kanada və ABŞ-da davam etmişdir. Əvvəlcə Queen’s University-də, sonra isə Pennsylvania Universitetində iqtisadiyyat və fizika üzrə təhsil almışdır. 1995-ci ildə Stanford Universitetində doktorantura təhsilinə başlasa da, cəmi iki gün sonra bu qərardan vaz keçərək texnologiya sektoruna atıldı.Onun ilk real uğuru, qardaşı Kimbal Mask ilə birgə təsis etdiyi Zip2 şirkəti oldu. Bu şirkət internet əsrinin başlanğıcında şəhər bələdçisi və biznes xidmətləri təqdim edirdi. 1999-cu ildə Zip2, Compaq şirkəti tərəfindən 307 milyon dollara satın alındı. Bu satış, Maskın sahibkarlıq macərasının başlanğıcı oldu.
İlon Mask daha sonra X.com adlı onlayn bank qurdu. Bu layihə, qısa müddət sonra PayPal adını aldı və onlayn ödənişlər sistemində inqilab yaratdı. 2002-ci ildə eBay tərəfindən 1.5 milyard dollar qarşılığında satın alındı. Bu satış Maskı artıq milyarder etdi və onun daha cəsarətli ideyalarla dünyaya çıxışını təmin etdi. 2002-ci ildə Mask SpaceX – Space Exploration Technologies Corporation – adlı özəl kosmik şirkəti təsis etdi. Məqsədi yalnız NASA-ya alternativ yaratmaq deyildi, həm də Marsda insan koloniyası qurmaq idi. Əvvəlki cəhdləri uğursuz olsa da, Falcon 1 və daha sonra Falcon 9 raketlərinin uğuru ilə şirkət tarixə düşdü.
SpaceX bu gün NASA ilə əməkdaşlıq edir, Beynəlxalq Kosmik Stansiyaya missiyalar yerinə yetirir və Starship adlı nəhəng raket layihəsi ilə Marsa insan göndərməyi hədəfləyir. Şirkət həmçinin Starlink peyk layihəsi ilə dünyaya yüksək sürətli internet yayımı təqdim edir. Maskın adı Tesla Motors ilə daha da məşhurlaşdı. 2004-cü ildə şirkətə investor kimi qoşuldu və 2008-ci ildən etibarən CEO oldu. Tesla, elektrik avtomobillərinin yalnız alternativ yox, həm də üstün olduğunu sübut etdi. Model S, 3, X, Y və Cybertruck modelləri ilə şirkət avtomobil sənayesində əhəmiyyətli dəyişikliklərə səbəb oldu.
Tesla eyni zamanda enerji saxlama texnologiyaları (Powerwall) və günəş paneli sistemləri ilə enerji sektorunda da yerini möhkəmləndirdi.İlon Maskın texnoloji axtarışları bununla bitmir. 2016-cı ildə təsis etdiyi Neuralink şirkəti, insan beynini kompüterlərlə birləşdirməyi hədəfləyir. Bu, həm tibbi məqsədlər (paraliz, görmə itkisi və s.) üçün, həm də gələcəkdə süni intellektə qarşı insan bacarıqlarını artırmaq üçün nəzərdə tutulur.
The Boring Company isə nəqliyyat problemlərinə cavab olaraq yaradılıb. Şirkət, şəhərlərin altında yüksək sürətli nəqliyyat tunelləri inşa edir və sıx tıxacların qarşısını almağı məqsədləyir. 2022-ci ilin oktyabrında Mask Twitter sosial şəbəkəsini 44 milyard dollara satın aldı. Şirkətin adını daha sonra X olaraq dəyişdi. Onun məqsədi, bu platformanı yalnız sosial şəbəkə deyil, “hər şeyin tətbiqi” (everything app) halına gətirməkdir – ödəniş sistemləri, süni intellekt, mesajlaşma və b.
2023-cü ildə İlon Mask yeni bir şirkət – xAI təsis etdi. Şirkətin məqsədi süni intellekt sahəsində “dünyanı daha yaxşı anlamaq” üçün çalışmaqdır. Bu layihə, OpenAI və digər böyük AI şirkətlərinə alternativ yaratmaq məqsədi daşıyır. Böyük uğurların nəticəsidir ki, bu gün Mask Trump administrasiyasının üzvüdür həmçinin dünyada siyasi bir fiqur kimi tanınır. Gəlin İlon Maskın siyasətə necə qoşulmasına nəzər yetirək. İlkin olaraq Mask hələ 2024-cü ildə ABŞ prezidentliyinə namizəd, hazırki Prezident, Respublikaçı Donald Trampın seçki təşviqatında iştirakını qeyd edə bilərik. Bu iştirakı ilə artıq siyasi arenaya gəldiyini göstərən Mask həmçinin Tramp administrasiyasına açıq dəstəyi ilə bəlli olurdu ki Tramp seçilsə məhz Maskda siyasi fiqur kimi arenalarda olacaq və belədə oldu. Trampın yenidən hakimiyyətə gəlişi ilə Maskın siyasi fəaliyyəti başladı. Bəs yaxşı Trampla Maskı bir-birinə bağlayan nədir? Əvvəldə də qeyd etdiyim kimi Trampa hələ seçki kampaniyasında açıq dəstək verən Mask seçki kampaniyalarının birində məhz Trampın '' Mask ifadə azadlığını qurtardı'' deyə çıxışı məhz gündəm yaratdı. Mask isə qarşılığında '' Digər tərəf ifadə azadlığımızı əlimizdən alacaq'' deməsi daha çox maraq yaratdı və beləcə Tramp-Mask bağlılığı yaranmış oldu. İlon Maskın hələ Amerikanın keçmiş Prezidenti Cozef Bayden və onun administrasiyası ilə soyuq suların axdığını qeyd edə bilərik. Buna misal olaraq Bayden paylaşımında superboll komandası olan Eaqlesə dəstəyini qeyd etdi və qələbəyə səslədi. Az keçməmiş Maskda X platforması üzərindən Eaqlesə dəstəyini bildirdi. Maraqlısı budur ki, məhz iki paylaşımı tutuşdurduqda açıq-aşkar Maskın daha çox bəyənmə yığdığını görə bilərik. Məhz buna görə idi ki Bayden oyunu yarımçıq tərk etmiş admistrasiyası ilə bu məsələylə bağlı iclas keçirmişdi. Həqiqətdə də Maskın paylaşımında daha çox bəyənmə yığması onun izləyici sayının çoxluğundan irəli gəlirdi, lakin məhz Bayden üstələməsi məlum idi ki geniş rezonans doğuracaq hansı ki belə də oldu. Buna görə də Mask özünü '' Qara meqa'' hesab edir desək yanılmarıq. Nə bilirik bəlkə Qara meqa gələcəyin prezidenti olacaq? Bunu isə əlbət vaxt-zamanla görəcəyik. Bəs İlon Mask niyə siyasətə qoşuldu və bu qoşulma ilə ABŞ-ni hansı yeniliklər gözləyir? Bununla bağlı Siyasi şərhçi Əziz Əlibəyli qeyd edir ki, İlon Maskın siyasətə qoşulmasının əsas səbəblərindən biri “texnokratiya” deyilən anlayışla bağlıdır. Bu anlayış texnoloji sənayenin rəhbərlərini – yəni, texnologiya sahəsində lider olan şəxsləri – əhatə edir. Bildiyimiz kimi, onlar dünyanın ən varlı insanları sırasındadırlar. Yeri gəlmişkən, dünyanın ən zəngin şəxslərinin hakimiyyətdə təmsil olunmaq istəyi də təbii qarşılanmalıdır.
Əslində, onların artıq texnoloji sahədə bir növ “hakimiyyəti” mövcuddur. İndi isə bu şəxslər siyasi və fiziki gücə də sahib olmaq istəyirlər. Bu baxımdan, Trampın onlara qarşı mövqe sərgiləməsi də başa düşüləndir. Bəs, İlon Mask hansı obrazdadır?
“ETKİ” adlı bir qurum yaradıldı — bu, sanki ABŞ daxilində nəzarət komissiyası funksiyasını daşıyır. Bu qurum həm izahsız və qeyri-şəffaf xərcləri aradan qaldırır, həm də dövlət qulluqçularının fəaliyyət sahələrinə nəzarət edir. Onların hansı işlərlə məşğul olduqları barədə hesabatlar toplayır və həmin məlumatlar əsasında yekun qiymətləndirmə aparır. Bu qiymətləndirmə prezidentə təqdim olunur. Məsələn, bu qurum ləğv olunmalıdır, yoxsa saxlanmalıdır? Bu, şübhəsiz ki, ABŞ tarixində bir ilkdir. Bəs bu qoşulma ABŞ-də hansı yeniliklərə səbəb olacaq?
Ticarət müharibələri də bu prosesin bir hissəsidir və məncə, ilk növbədə ABŞ-nin daxili siyasi mühitində dəyişikliklərə yol açacaq. Çünki onların əsas rəqibi olan demokratların belə bir yanaşması yoxdur — onlar ənənəvi Amerika siyasi baxışlarını davam etdirirlər.
Əgər bu proses bu cür davam etsə, İlon Maskın da dəstəyi ilə Trampın 11 mayda seçki kampaniyasına açıq şəkildə dəstək verəcəyi gözlənilir. Qarşıdakı illərdə demokratları, təxminən, Türkiyədəki CHP-nin vəziyyətinə düşmüş bir partiya kimi görəcəyik. Onlar risk etməkdən çəkinirlər və hətta Konstitusiyada dəyişikliklərə getmək ehtimalı da müzakirə olunur – bu da növbəti prezidentlik fərqliliyinə səbəb ola bilər. Beləliklə, Trampın yenidən prezident seçilməsi ehtimalı güclənir. Siyasi şərhçisi qeyd etdiyindəndə aydın olur ki, Mask getdikcə daha supergüc fiqura çevriləcək və buda Respublikaçıların hakimiyyətdə qalmasına yardım etmiş olur ki, məhz buna görə də Tramp-Mask bağlılığı yaranıb və daha da möhkəmlənir.
İlon Maskın şəxsi həyatına gəldikdə isə karyerası qədər rəngarəngdir. Musiqiçi Grimes ilə münasibətindən 3 övladı var, ümumilikdə isə 14 övlad atasıdır. O, klassik ədəbiyyat, kosmos, fəlsəfə və video oyunlara xüsusi maraq göstərir. Özünü tez-tez transhumanist, futurist və realist kimi təqdim edir.
2025-ci ilin aprel ayına olan məlumatlara görə, Maskın sərvəti təxminən 442 milyard dollar təşkil edir və bu da onu dünyanın ən varlı insanlarından biri edir.
Elmir Heydərov
13:55 23.04.2025
Oxunuş sayı: 3454