Rusiya ordusu Sumı vilayətində iki kəndə nəzarəti ələ keçirib
Rusiya Müdafiə Nazirliyi ordunun Ukraynanın Sumı vilayətində Velikiy Prikol və Sadki kəndlərinə nəzarəti ələ keçirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, hər iki yaşayış məntəqəsi Rusiya hərbçiləri tərəfindən “azad edilib”.
Məlumata əsasən, sözügedən kəndlər Sumı vilayətinin inzibati mərkəzi olan Sumı şəhərindən təxminən 30 kilometr məsafədə yerləşir.
11:34 30.08.2026
Oxunuş sayı: 55