Avropada Patriot ehtiyatı kritik həddə düşüb
Avropada ABŞ istehsalı Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin ehtiyatı son dərəcə kritik səviyyəyə enib.
Crossmedia.az xəbər verir ki, ˝Associated Press˝-in məlumatına görə, buna əsas səbəblərdən biri ABŞ-İran müharibəsi zamanı raketlərin intensiv istifadəsi və Avropadakı ehtiyatların Yaxın Şərqə göndərilməsidir.
ABŞ və NATO rəsmilərinin sözlərinə görə, Avropadakı Patriot ehtiyatları mümkün uzunmüddətli ballistik raket hücumunun qarşısını almaq üçün kifayət etmir. ABŞ-nin Avropadakı hərbi qüvvələrinin hətta tək ballistik raket zərbəsinə qarşı müdafiə imkanlarının çox məhdud olduğu bildirilir. Bununla belə, NATO rəsmisi Patriot raketlərinin sayının kritik həddən aşağı olduğu barədə məlumatla razılaşmayıb və alyansın özünü müdafiə etmək üçün kifayət qədər hava hücumundan müdafiə sursatına malik olduğunu bildirib.
˝AP˝-nin məlumatına görə, ABŞ İranla müharibə zamanı təxminən 2 330 Patriot raketinin 65 faizini – təxminən 1 500 ədədini – istifadə edib.
Ehtiyatların bərpası üçün Almaniyada Avropanın ilk Patriot raket istehsalı müəssisəsinin sentyabrda fəaliyyətə başlaması gözlənilir. İlk tədarüklərin gələn ilin əvvəlində həyata keçirilə biləcəyi bildirilir.
22:20 27.08.2026
Oxunuş sayı: 46