Rutte və Kolbi “NATO 3.0”u müzakirə edib
NATO-nun baş katibi Mark Rutte və ABŞ müdafiə nazirinin müavini Elbric Kolbi “NATO 3.0” konsepsiyasını və Ukraynaya dəstəyi müzakirə edib.
Crossmedia.az xəbər verir ki, NATO bu barədə məlumat yayıb.
Tərəflər alyansın Brüsseldəki qərargahında məsləhətləşmələr aparıblar. Görüşdə “NATO 3.0” konsepsiyasının həyata keçirilməsi müzakirə olunub.
Bu konsepsiyaya əsasən, Avropadakı müttəfiqlər öz müdafiələri üçün əsas məsuliyyəti üzərlərinə götürməli və Ukraynaya dəstəyi davam etdirməlidirlər.
16:39 27.08.2026
Oxunuş sayı: 58