Ozonun Orenburq və Ufadakı logistika obyektləri dron hücumuna məruz qalıb
Rusiyanın Orenburq və Ufa şəhərlərində Ozon şirkətinə məxsus logistika obyektlərinin gecə saatlarında Ukrayna PUA-larının hücumuna məruz qaldığı bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb və obyektlərdə yanğın baş verməyib.
Bildirilib ki, Orenburqdakı obyekt fəaliyyətini bərpa edib. Ufadakı logistika mərkəzi isə ərazidə baxış keçirilməsi üçün hələlik bağlı saxlanılır.
13:32 27.08.2026
Oxunuş sayı: 43