Yeni Rusiya “Shahed”ləri Çin mühərrikləri ilə 480 km/saat sürət yığır
Rusiyanın yeni “Shahed” tipli pilotsuz uçuş aparatlarının Çin istehsalı mühərriklər hesabına saatda 480 kilometrədək sürət yığa bildiyi açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına görə, Ukraynalı mütəxəssislər dronların yeni versiyalarında Çinin “Telefly” şirkətinin istehsal etdiyi turbojet mühərrikləri aşkar ediblər.
Bu mühərriklər sayəsində yeni PUA-ların sürəti əvvəlki modellərlə müqayisədə təxminən üç dəfə artıb.
16:56 26.08.2026
Oxunuş sayı: 45