Rusiya alman jurnalisti beynəlxalq axtarışa verib
Rusiya Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinin jurnalisti Mixael Martensi beynəlxalq axtarışa verib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə prosesdə iştirak edən şəxsə istinadən məlumat yayıb.
Məlumata görə, Martens barəsində Rusiyada cinayət işi başlanıb. Jurnalist nifrət və düşmənçiliyin qızışdırılmasında ittiham olunur. Moskvanın Basmannı Rayon Məhkəməsi onu qiyabi həbs edib.
Bundan əvvəl Martensin Ukrayna Prezidenti Volodimir Zelenski ilə Serbiya Prezidenti Aleksandar Vuçiçin birgə mətbuat konfransı zamanı Zelenskiyə sual verdiyi bildirilmişdi. Jurnalist Avropanın Ukraynaya “daha çox rus öldürmək” üçün nə edə biləcəyini soruşmuş, söhbətin əsgərlərdən getdiyini dəqiqləşdirmişdi.
16:46 26.08.2026
Oxunuş sayı: 37