Ukrayna ilboyu “Patriot” raketlərinin çatışmazlığı ilə üzləşəcək
Ukrayna 2026-cı il ərzində “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığı ilə üzləşəcək.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbəri Kiril Budanov bu barədə “La Stampa” qəzetinə müsahibəsində danışıb.
Budanov bildirib ki, 2026-cı ildə Ukrayna əvvəlki illə müqayisədə daha az “Patriot” raketi əldə edəcək. Onun sözlərinə görə, tədarüklər davamlı olsa da, onların həcmi Rusiyanın hava hücumlarının tempinə qarşı mübarizə aparmaq üçün kifayət etmir.
Ukraynalı rəsmi “Patriot” sistemlərini ballistik raketlərə qarşı effektiv mübarizə aparmağa imkan verən əsas hava hücumundan müdafiə vasitələrindən biri kimi qiymətləndirib.
16:27 26.08.2026
Oxunuş sayı: 42