İqtisadiyyat

Bütün dünyada olduğu kimi, ölkəmizdə də elektrikli avtomobillərə maraq artıb. Satış göstəriciləri də bunu sübut edir. Elektrikli avtomobil texnologiyası sürətlə inkişaf edir. Batareya texnologiyasının təkmilləşdirilməsi, doldurma infrastrukturunun genişləndirilməsi və nəqliyyat vasitələrinin səmərəliliyinin artırılması elektrik avtomobillərini daha rəqabətli və cəlbedici edir. Elektrikli avtomobilllərin bu kimi üstün cəhətləri ilə yanaşı mənfi tərəfləri də vardır. Bəs bu mənfi tərəflər nələrdir?

Məsələ ilə bağlı Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda elektrikli avtomobillərə marağın artmasının əsas səbəblərindən biri də onların yanacaq sərfiyyatına qənaət etməsidir, yəni az sərfiyyatla böyük işlərin görülməsidir:

"Ümumiyyətlə nəqliyyat vasitələri üçün əsas göstərici nə ola bilər? Sərfiyyatı az olsun, vətəndaşların büdcəsinə uyğun olsun, ehtiyyat hissələri rahat tapılan olsun, insanlar arasında onun istifadəsi daha mükəmməl və daha əlçatan olsun. Bunlar hamısı öz növbəsində nəqliyyat vasitələri üçün əlaçatanlığı təmin edən bir vasitədir, yəni o nə qədər əlçatan olarsa, sərfiyyatı az olarsa, kifayət qədər insanlar üçün cəlbedici görsənəcək".

Elektrikli avtomobillərin mənfi tərəflərinə gəldikdə isə ekspert qeyd edib ki, həmkarların qeydinə görə, qış fəslində yanacaq sistemində batareyanın duracaqlığı, təminatlığı az olur:

"O cümlədən, müəyyən dərəcədə nəqliyyat vasitələri üçün, xüsusi olaraq əhali üçün daha sıx məntəqələrin təşkil edilməsi, daha əlçatan yanacaqdoldurma məntəqələrinin təmin olunması  əsas nəzərəçarpacaq səbəblərdən biridir".

Gülşad İbrahimova 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il