Mədəniyyət

Noyabrın 5-dən 10-dək Şanxay şəhərində 7-ci Çin Beynəlxalq İdxal Sərgisi keçiriləcək.

Crossmedia.az xəbər verir ki, bu sərgi Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin təşəbbüsü və himayəsi altında həyata keçirilir və xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etməyi hədəfləyir. Şanxay sərgisində 152 ölkə və beynəlxalq təşkilatdan təxminən 3500 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısına daxil olan 297 şirkət yer alacaq. Sərgi zamanı yüzlərlə məhsul, texnologiya və xidmət ilk dəfə ictimaiyyətə təqdim olunacaq.

Azərbaycan, Çin Beynəlxalq İdxal Sərgisinin davamlı iştirakçısı olaraq, bu ilki sərgidə də təmsil olunacaq. Milli pavilyonda ixracyönümlü məhsullarımız nümayiş etdiriləcək. Sərgidə Azərbaycanın iqtisadi potensialı, turizm, innovasiya, yaşıl enerji, sənaye, kənd təsərrüfatı, mədəniyyət sahələrində qazanılan nailiyyətlər, eləcə də ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, potensial investisiya layihələri haqqında materiallar təqdim olunacaq.

Qeyd edək ki, 2018-ci ildən keçirilən Çin Beynəlxalq İdxal Sərgisi, dünyada ölkə səviyyəsində yeganə idxal sərgisidir. İndiyədək keçirilmiş 6 sərgidə 420 milyard ABŞ dolları dəyərində müqavilə və sazişlərin imzalandığı bildirilir.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il