21:22 19.10.2026
“Volkswagen” 660 min işçinin maaşını 2030-cu ilədək dondurmağı planlaşdırır
23
“Volkswagen” şirkəti dünya üzrə təxminən 660 min işçinin əməkhaqqını 2030-cu ilədək dondurmağı planlaşdırır. Təklif olunan tədbirlər şirkətin qlobal əməliyyatlarında əməkhaqqı və sosial təminatlarla bağlı məhdudiyyətləri nəzərdə tutur.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Məlumata görə, şirkət rəhbərliyinin daxili sənədlərdə əksini tapan planı əməkhaqqı artımlarının dayandırılmasını, həmçinin dəyişən əməkhaqqı ödənişləri, əlavə mükafatlar və digər güzəştlərlə bağlı məhdudiyyətləri nəzərdə tutur. Təklif işçilərin alıcılıq qabiliyyətinin inflyasiya səbəbindən azalacağı ilə bağlı narahatlıqlar yaradıb.
“Volkswagen” rəhbərliyi məsələ ilə bağlı yayılan məlumatları şərh etməkdən çəkinib və əmək xərclərinə dair təkliflərin müzakirələr zamanı nəzərdən keçiriləcəyini bildirib. Həmkarlar ittifaqları isə planın həyata keçirilməsinə qarşı çıxacaqlarını bəyan ediblər.