CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Konstitusiya islahatları

11:45 23.10.2026

Karapetyanın partiyası Paşinyana meydan oxudu: Seçkilərə hazırıq

63

Ermənistanda iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyası növbədənkənar parlament seçkilərində iştirak etməyə hazır olduğunu açıqlayıb. Crossmedia.az xəbər verir ki, “Sputnik Ermənistan” bu barədə məlumat yayıb. Partiyanın parlament fraksiyasının rəhbəri Narek Karapetyan Baş nazir Nikol Paşinyanın növbədənkənar seçkilərin keçirilə biləcəyi barədə açıqlamasına münasibət bildirib. “Biz hazırıq. Sadəcə, günü təyin edin. İnsanlar bitib-tükənməyən güzəştlərə qarşı səslərini ucaltmalıdırlar”, – deyə o sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, Narek Karapetyan iş adamı və partiya lideri Samvel Karapetyanın qardaşı oğludur. Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 22-də hökumət iclasından sonra keçirdiyi brifinqdə yeni Konstitusiyanın qəbul edilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını istisna etməyib. Paşinyan bildirib ki, hakimiyyət yeni Konstitusiya layihəsini yaxın vaxtlarda ictimai müzakirəyə çıxaracaq. Müxalifətlə razılıq əldə olunmayacağı təqdirdə isə növbədənkənar seçkilər də daxil olmaqla digər variantlar nəzərdən keçirilə bilər. Baş nazir Konstitusiya islahatlarının Ermənistanın daxili siyasi məsələsi olduğunu vurğulasa da, Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində götürdüyü öhdəliklərə də toxunub.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR