Tailandda qətlə yetirilən rusiyalı cütlüyün cəsədləri ailəsinə təhvil verilib
Tailand hakimiyyəti rusiyalı Diana və Roman Nazimovların qətli ilə bağlı istintaqı başa çatdırıb və onların cəsədlərini yaxınlarına təhvil verib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə mərhumların qohumu Konstantinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, bütün hüquqi prosedurlar yekunlaşıb və cəsədlər ailə üzvlərinə təqdim edilib.
Məlumata əsasən, Roman və Diana Nazimovlarla vida mərasimi avqustun 6-da keçiriləcək. Mərasim zamanı eyni cinayətkarların qurbanı olmuş üç nəfərlik taylandlı ailənin də xatirəsi yad ediləcək.
17:03 05.08.2026
Oxunuş sayı: 45