Tramp Paşinyanı seçki qələbəsi münasibətilə təbrik etdi
ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı onun "Vətəndaş müqaviləsi" partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.
"Nikol Paşinyanı Ermənistanda keçirilən milli seçkilərdəki qələbəsi münasibətilə təbrik edirəm. Onun yenidən seçilməsini dəstəklədiyim üçün çox qürur duyuram və heç bir şübhəm yoxdur ki, Ermənistanın lideri olaraq onunla ölkə ən cəsarətli gözləntiləri belə geridə qoyacaq və uğurlu olacaq", - paylaşımda bildirilib.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-nin hesablanmasının yekunlarına görə, Baş nazir Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası səslərin 49,83 %-ni toplayıb.
23:27 10.06.2026
Oxunuş sayı: 59