İsrail ordusu Ramat David bazasındakı zərəri etiraf edib
İsrail ordusu ölkənin şimalındakı Ramat David hava bazasının 7-8 iyun tarixlərində İran hava hücumlarına məruz qaldığını etiraf edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb.
İsrail ordusunun bazanın avadanlıq anbarlarından birinə dəyən ziyanı təsdiqlədiyini iddia edən bir məlumata görə, hərbi mənbə hadisə yerində qəlpələrin tapıldığını və bunun birbaşa zərbə olmadığını irəli sürüb.
Mənbə zərərin az olduğunu iddia etdi.
23:20 10.06.2026
Oxunuş sayı: 57