Tramp: Bu gün İranı vuracağıq
ABŞ prezidenti Donald Trump İranla bağlı növbəti sərt açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Tramp müsahibəsində ABŞ-nin İrana qarşı yeni zərbələr endirə biləcəyini bildirib.
“Görək nə olacaq. Amma biz dünən onlara ağır zərbə vurduq və bu gün də onlara yenidən ağır zərbə vuracağıq. Əgər qaçırmısınızsa, yaxud televizorunuzu açmamısınızsa deyim”, – deyə ABŞ prezidenti qeyd edib.
Tramp, həmçinin Tehranla mümkün razılaşmaya da toxunaraq bildirib ki, tərəflər sazişə çox yaxın olsalar da, İran danışıqları ləngidir.
“Biz sazişə həqiqətən çox yaxın idik, amma onlar bizi ləngitməyə, axmaq yerinə qoymağa davam edirlər”, – deyə o əlavə edib.
22:55 10.06.2026
Oxunuş sayı: 54