Rus Pravoslav Kilsəsinin Müqəddəs Nikolay məbədi qarət olunub
İyunun 10-da Rus Pravoslav Kilsəsinin Tehrandakı Müqəddəs Nikolay məbədinin — İranın ən qədim pravoslav kilsələrindən birinin və paytaxtdakı yeganə pravoslav məbədinin qarət edildiyi məlum olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Rusiyanın İrandakı səfirliyinin bəyanatında baş vermiş hadisənin böyük kədər və hiddət doğurduğu qeyd olunur.
Məbədin nümayəndələri vurğulayıblar ki, İranda xristian müqəddəslərinə hörmətsizlik etməyə və tək Allaha olan imanı təhqir etməyə qadir insanların tapılacağına heç vaxt inanmayıblar.
Yeganə istisna hal isə vaxtilə yaxınlıqda yerləşən ABŞ-nin keçmiş səfirliyinin ərazisinə endirilən Amerika zərbəsi nəticəsində dəymiş ziyan olub.
Müraciətdə, həmçinin oğurlanmış ikonaları geri qaytarmaq və günaha batmamaq barədə çağırış yer alıb.
Bəyanatda "Rəbb bu cinayətkarları bağışlasın", — deyə qeyd olunur.
22:50 10.06.2026
Oxunuş sayı: 85